Məşhurlar etiraz etdi, Terim və Melo ağlatdı

Məşhurlar etiraz etdi, Terim və Melo ağlatdı
"Qalatasaray" rəhbərliyinin Fatih Terimi gözlənilmədən istefaya göndərməsi Türkiyədə etirazlara səbəb olub. Fanat.az xəbər verir ki, azarkeşlər kimi sənət dünyası da "İmperator"un istefasına etiraz edir. Onlardan bəzilərinin "Twitter" mesajlarını təqdim edirik:
İbrahim Tatlısəs: "İmperator" mənim 30 illik dostumdu. Məncə, o, heç nə itirmədi, itirən "Qalatasaray" camiəsi oldu. Bu azarkeşlərə və futbolçulara qarşı günahdı. Bu eqonun səbəbi nədi? Mən "Fənərbaxça"lıyam. Necə ki, Aleks gedəndə etiraz etdim, indi də Fatih hoca üçün etiraz edirəm. Bəzi dəfərlərin qiymətini bilmək lazımdı. Fatih Terim çox dəyərlidi".
Mehmet Aslan: "İmperator" könüllərə taxt qurmuş hamımızın başının tacıdı. Amma getdi deyə "Qalatasaray"dan küsmək olar?"
Yunus Günce: "Fatih Terimin işinə son verilirsə, heç birimizin yeri qaranti deyil".
Ayişə Özyılmazel: "Bunun adı vəfasızlıqdı. Fatih Terimi yedirmərik. Fatih Terim "Qalatasaray"dı".
Bengü: "Fatih Terim "Qalatasaray"ın ürəyidi. Hər kəs gedər, o, haqq etdiyi yerdə qalar".
Helin Avşar: "Mən belə axmaqlıq görmədim. Fatih hocasız "Qalatasaray" olmaz".
Şahin Irmak: "Ünal Aysal bitib. "İsperator" Fatih Terim".
Murat Boz: "Könüllərin "İmperator"udu Fatih Terim".
Nihat Doğan: "İmperator" Fatih Terimi sevirəm, amma "Qalatasaray"a aşiqəm".
Məşhurlar kimi Fatih Terimin qızı Merve Terim də atasının istefaya göndərilməsinə "Twitter"də reaksiya verib: "Mən "Qalatasaray"lıyam. Mən də "Qalatasaray"ın övladıyam. Mən sizi 30 ildi "Qalatasaray"la paylaşıram. Siz mənim sadəcə atam deyil, eyni zamanda "hocamsınız". Mənim Aslan Hocam. Yaşatdığın hər şey üçün, qaldırdığın bütün kuboklar üçün, başımızı dik tutduğun üçün. Ürəyindəki gerb sevdası üçün... Müqəddəs olan "Qalatasaray"lılığın üçün... Və hər şeydən önəmli "adamlığın" üçün... Allah səndən razı olsun. Haqqını halal et, Aslan".
"Qalatasaray"ın futbolçusu Yekta Kurtuluş isə Fatih Terimlə qucaqlaşdığı vəziyyətdə çəkilmiş bir fotosunu "Twitter"də paylaşaraq, müəlliminə vəfasını göstərib və bununla da klub rəhbərliyinin qərarına etiraz edib.
"Qalatasaray"ın braziliyalı futbolçusu Felipe Melo "Instagram" səhifəsindən bir mesaj paylaşıb: "Bu sözləri sevimli müəllimim Fatih Terimə bərabər keçirdiyimiz 2 inanılmaz ilə görə təşəkkür etmək üçün yazıram. O, "Qalatasaray"ın qapılarını mənim üçün açdı və həmişə yanımda oldu. Hasan Şaş və Ümit Davala ilə bərabər bizim komanda olaraq böyüməyimizi təmin etdi və geniş futbol bilgisindən çox şey öyrəndik. Xatirələr, qazanılan çempionluqlar, Super Kuboklar, Çempionlar Liqasındakı ötən ilki uğurumuz yadımdan heç vaxt çıxmayacaq. Şanlı formamıza 4-cü ulduzu taxmaq üçün Fatih Terim üçün də mübarizə aparacağımızdan kimsənin şübhəsi olmasın. Sizə hər zaman minnətdar olacam, Fatih Terim".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər