Məşəl Veloparkda - FOTOLAR

Məşəl Veloparkda - FOTOLAR
"Bakı-2015" ilk Avropa Oyunlarının məşəli paytaxt ərazisində səyahətini davam etdirir. Fanat.az xəbər verir ki, oyunların simvolu bu gün velosiped yarışlarının keçiriləcəyi idman obyektlərində olub.
Dan yeri sökülərkən məşəl BMX üzrə yarışların keçiriləcəyi Velopark ərazisinə gətirilib. Alovu "Nə? Harada? Necə?" intellektual oyununun Azərbaycan üzrə baş prodüsseri Balaş Qasımov qəbul edib.
Dağ Velosipedi parkında isə məşəldar rolunda Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edib. O, yarışların keçiriləcəyi marşrut boyunca alovla hərəkət edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər