Məşəl Qubada - FOTOLAR

Məşəl Qubada - FOTOLAR
I Avropa Oyunlarının məşəli Qusardan Qubaya aparılıb. Fanat.az AzərTAc-a istinadən xəbər verir ki, məşəl Quba şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının qarşısında qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılanıb.
Məşəli güləş üzrə veteranlar arasında dünya çempionu Musa Mirzəyev qəbul edib. Bundan sonra 14 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca dörd kilometr məsafəni qət edərək Quba Meydanına gəliblər. Burada quraşdırılan səhnəyə qalxan kik-boksinq üzrə əməkdar məşqçi Telman Məhərrəmov məşəli alovlandırıb. Məşəlin alovlandırılmasını izləyən qubalılar bu tarixi hadisəni alqışlarla qeyd ediblər.
Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib. Mərasim iştirakçıları I Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izləyiblər. Bununla da Quba I Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 55-ci yaşayış məntəqəsi olub.
Günün sonunda Qubada möhtəşəm Alov festivalı keçirilib. Respublikanın və rayonun tanınmış incəsənət ustalarının konsert proqramı sakinlərin sevincini ikiqat artırıb. Festivalın sonunda atəşfəşanlıq olub.
I Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəlinin növbəti qarşılanma mərasimi iyunun 3-də Xaçmaz rayonunda olacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər