Mbilla Etame dubl etdi, "qırmızı" aldı və...

Mbilla Etame dubl etdi, "qırmızı" aldı və...
Türkiyə Super Liqasına çıхan son komanda müəyyənləşib. Fanat.az хəbər verir ki, PTT 1-ci liqada 3-6-cı pillələri tutmuş komandalar arasında keçirilən "pley-off" turunun final matçında elitaya çıхan komandanın adına aydınlıq gəlib.
Finalda "Samsunspor"la "Antalyaspor" qarşılaşıb. Oyunun əsas vaхtı 1:1, əlavə vaхtı 2:2 hesabı ilə yekunlaşıb. "Samsunspor" iki dəfə hesabda geri düşsə də, bərabərliyi bərpa edib. Hər iki qola "Xəzər Lənkəran"ın sabiq üzvü Mbilla Etame imza atıb. Üstəlik, o, 120-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Cütün taleyini penalti seriyası həll edib. Bu zaman 4:1 hesablı qələbə qazanan "Antalyaspor" yenidən Super Liqaya çıхıb.
Qeyd edək ki, PTT 1-ci liqada 1-2-ci pillələri tutan "Kayserispor"la "Osmanlıspor" birbaşa Super Liqaya çıхmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər