"Turnirin qalibi olmaq mənim üçün o qədər də asan olmadı. Son tura qədər qalibin kim olacağı tam bilinmirdi. Güclü rəqiblərlə rəqabət son tura qədər davam edirdi. Mən daim öz üzərimdə işləyirəm. Yeni gedişləri öyrənməyə çalışıram. Hələ öyrənmədiyim, bilmədiyim çox şeylər var. Mənim üçün çox qürurvericidi ki, növbəti dəfə də Vüqar Həşimovun adını daşıyan turnirin qalibi oldum". Fanat.az xəbər verir ki, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirinin qalibi olan Maqnus Karlsen deyib.
Norveçli şahmatçı təşkilatçılıqdan razı qalıb: "Shamkir Chess 2015" turnirinin təşkilatçılığına gəldikdə, çox möhtəşəm keçdi. Şəmkirdə bizim üçün yardılan şərait, şahmatçılara göstərilən diqqət, oteldəki rahat ortam çox yüksək səviyyədə idi. Bu turnir keçən il də mənə xoş təəsuratlar yaratmışdı. İnanıram ki, gələn il də Vüqar Həşimovun adını daşıyan bu turnir keçiriləcək və söz verirəm ki, əgər dəvət etsələr məmnuniyyətlə iştirak edəcəm. Burada olduğum müddət darıxmağa imkan olmadı. Bizim üçün istirahət günündə hazırlanan proqramlar və futbol çox yadda qalan oldu. Şəmkir şahmat turnirinin təşkilatçılarına - xüsusilə "Synergy Group"a təşəkkür etmək istəyirəm".
Fanat.az