"Şaxtyor"un baş məşqçisi Mirçea Luçesku Fatih Terimin istefaya göndərilməsinin onun üçün gözlənilməz olduğunu bildirib. Fanat.az xəbər verir ki, rumıniyalı mütəxəssis "Qalatasaray"la adı hallandığına baxmayaraq komandadan getməyi düşünmədiyini bildirib.
Həmçinin Luçesku Terimin istefasının milli komanda performansına təsir etməyəcəyini dilə gətirib.