Leroy Corc: "Yaxın günlərdə menecerimlə görüşüb..."

Leroy Corc: "Yaxın günlərdə menecerimlə görüşüb..."

"Yaxın günlərdə menecerimlə görüşüb, sakitcə hər şeyi müzakirə etmək istəyirəm. Son iki ildə xaricdə keçirdiyim futbol həyatımda çox şey görüb, öyrənmişəm. Hollandiyaya tez qayıtmaq istəmirəm. Hazırda istirahət edirəm". Fanat.az "Voetbal International"a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"la müqaviləsi başa çatmaq üzrə olan Leroy Corc deyib.

Hollandiyalı futbolçu "Qarabağ"da bu mövsüm qazandığı titullardan danışıb: "Möhtəşəm hisslərdi. İki dəfə ardıcıl ölkə çempionu olduq. Bu il çempionluqla yanaşı kuboka da sahib çıxdıq".

Qeyd edək ki, Leroyun xidmətində Türkiyənin "Göztəpə" klubu maraqlıdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər