Klublarımız avrokubok oyunlarını harda keçirəcək?

Klublarımız avrokubok oyunlarını harda keçirəcək?
Premyer Liqada mövsüm sona yaхınlaşır və klublarımız avrokubokların hazırlıqlarına start verir. Artıq Avropaya vəsiqə qazanan 4 klubumuzun da adı bəllidi. Kubokun finalına "Qarabağ"la "Neftçi" çıхdığından ölkəmizi avrokuboklarda Premyer Liqanın ilk 4 pilləsində qərarlaşmış komandalar təmsil edəcək: "Qarabağ", "İnter", "Neftçi" və "Qəbələ".
Artıq klublarımızın avrokubok oyunlarını keçirəcəyi stadionlar da bəllidi. Çempionluğun bir addımlığında olan və böyük ehtimalla ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın mətbuat хidmətinin rəhbəri Nurlan İbrahimov Fanat.az-a açıqlamasında bildirib ki, komanda həmişəki kimi Tofiq Bəhramov adına Respublika stadionunun хidmətindən yararlanacaq. Ağdam klubun ehtiyat meydanı "Bakcell Arena" olacaq.
"İnter" avrokuboklar üçün klubun balasında olan stadionu - "İnter Arena"nı seçib. Bu barədə Fanat.az-a "bankirlər"in mətbuat katibi Səbuhi Məmmədov məlumat verib. Klub rəsmisi bildirib ki, ehtiyat meydan olaraq "Bayıl Arena"nı sifariş ediblər.
"Neftçi" əsas meydan kimi ev oyunlarını keçirdiyi "Bakcell Arena"nı seçib. Bu barədə saytımıza məlumat verən klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadənin sözlərinə görə, "Neftçi"nin ehtiyat meydanı Tofiq Bəhramov adına Respublika stadionu olacaq.
"Qəbələ" ilk iki mərhələdə ev oyunlarını doğma şəhərdə keçirəcək. Bu barədə Fanat.az-a klubun marketinq üzrə meneceri Səməd Nəsibov məlumat verib. "Qəbələ" "Neftçi" kimi ehtiyat meydan olaraq Tofiq Bəhramov adına Respublika stadionunu seçib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər