"Gənclərbirliyi"nin prezidenti İlhan Cavcav futbolçulara maraqlı qadağa qoyub. Fanat.az xəbər verir ki, Türkiyə klubunun rəhbəri saqqal saxlamağı yasaqlayıb.
Qadağaya əməl etməyən futbolçu 25 min lirə cərimə olunacaq. Bu hərəkət təkrarlanacağı halda, 25 min lirə cərimə ilə yanaşı, həmin futbolçu heyətdən kənarlaşdırılacaq.
İlhan Cavcav Türkiyə mətbuatına açıqlamasında xəbəri təsdiqləyib: "Klub müdirinə tapşırıq vermişəm. Bundan sonra kim meydana saqqalla çıxsa, 25 min lirə cərimə olunacaq. Saqqal saxlamaqda israr edərsə, heyətə salınmayacaq".
"Niyə belə bir qərar qəbul etdiniz" sualına klub rəhbəri belə cavab verib: "Mənim 80 yaşım var, amma hər gün üzümü qırxıram. "Beşiktaş"ın baş məşqçisi saqqalla gəzir. Volkan, Səlcuk, "Beşiktaş"lılar saqqal saxlayır. Qardaşım, bura "İmam hatip" məktəbidi? Sən idmanla məşğul olursan. Gənclərə örnək olmalısan. 23 yaşlı nəvəm var, o da saqqal saxlayır. "Saqqalını qırx" deyirəm, mənə cavab verir: "Baba bütün futbolçular saqqal saxlayır, onlara niyə demirsən?". Dünən Yıldırım Demirörenə (TFF prezidenti) də bunu dedim. Cavabında "biz belə qərar qəbul edə bilmərik" söylədi.
Fanat.az