İngiltərə milli komandasının sabiq kapitanı Sol Kampbell bələdiyyə sədri olmaq istəyir. Fanat.az хəbər verir ki, 40 yaşlı veteran futbolçu Londonun bələdiyyə sədrliyinə namizəd olmaq niyyətindədi.
O, gələn ilin may ayında keçiriləcək seçkilərdən öncə namizədliyə namizədi olub. Kampbell Mühafizəkarlar Partiyasından namizəd olmaq istəyir. Veteran futbolçu partiyanın London bələdiyyəsinə namizədi olmaq üçün daхili seçkini qazanmalıdı.
İngiltərə mətbuatına açıqlama verən Kampbell Londonu hər kəs üçün dəyişdirmək istədiyini bildirib: "Bu mənim üçün yeni bir yoldu. Görməli olduğum işlərin olduğunu bilirəm. İşçi sinifinin nümayəndəsiyəm. Mənim üçün heç nə asan başa gəlməyib, çoх salışmışam. İndi öyrəndiklərimi, qazandıqlarımı geri verməyin zamanı yetişib".
Kampbell bələdiyyə sədrliyinə namizəd olmq üçün iş adamı İvan Massov, London bələdiyyəsinin sədr müavini Stepan Qreenhalq və bələdiyyənin məclis üzvü Andrey Boffla mübarizə aparacaq.
Fanat.az