Gürcüstan yığması baş məşqçisiz qalıb. Fanat.az xəbər verir ki, Temuri Ketsbaya dünən Polşaya 0:4 hesablı məğlubiyyətdən sonra istefa verib.
Artıq Gürcüstan mətbuatı yığmanın baş məşqçi postuna namizədlərin adlarını açıqlayıb. Bunlardan biri də Bakı "İnter"ini çalışdıran Kaxaber Tsxadadzedi. Həmkarlarımızın iddiasına görə, Kaxa yığmaya rəhbərlik etməyə əsas namizəddi.
Qeyd edək ki, Tsxadadze 2009-cu ildən "İnter"i çalışdırır. 2009/10 mövsümündə Azərbaycan çempionu olan gürcü mütəxəssis 2008-ci ildə "Standard"a başçılıq edib. O, həmçinin məşqçi karyerası ərzində vətənində "Lokomotiv" (Tiflis), "Dinamo" (Tiflis), "Sioni" klublarını və Gürcüstanın U-21 yığmasını çalışdırıb.
Fanat.az