"Real"ın və İspaniya millisinin qapıçısı İker Kasilyasın xanımı Sara Karbonero hamilədi. Fanat.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Ən gözəl futbolçu arvadlarından biri olan Karbonero artıq hamiləliyinin 5-ci ayını yaşayır. O, bu günlərdə məhşur dərgilərdən birinə müsahibə verib. Yeni şəkillərdən onun kökəldiyi nəzərə çarpıb.
Qeyd edək ki, Karbonero hazırda İspaniya telekanallarının birində idman şərhçisi kimi fəaliyyət göstərir. O, təxminən bir il əvvəl "Mediaset" şirkəti ilə illik 600 min avroluq müqavilə bağlayaraq, dünyanın ən çox qazanan idman şərhçisi olmuşdu. İkerlə Sara 2012-ci ilin yayında evlənib.
Fanat.az