"Neftçi"nin sabiq futbolçusu Nikolas Kanales Çili çempionatında qol hesabını açıb. Fanat.az xəbər verir ki, bir müddət əvvəl "Kolo Kolo" klubuna keçən forvard ilk qolunu vurub.
Bundan əvvəl "Huaçipato", "Union Espanola" və "San Luis"lə oyunlarda meydana çıxsa da, fərqlənə bilməyən Premyer Liqanın ötən mövsümkü bombardiri dünən "Reyncers"lə keçirilən qarşılaşmanın start heyətində yer alıb və 82 dəqiqə oynayıb. Kanales 44-cü dəqiqədə fərqlənərək hesabı 2:0-a çatdırıb. Yekunda isə "Kolo Kolo" 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Kanales ötən mövsüm 26 qolla Premyer Liqanın bombardiri olmuşdu.
Fanat.az