Turkiyənin PTT 1-ci liqasında növbəti turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" Mahir Şükürovun bir müddət əvvəl yollarını ayırdığı "Karşıyaka"nı qəbul edib.
Çempionluğu və Super Liqaya vəsiqəni təmin edən "Kayserispor" doğma meydanda qələbə qazanıb - 2:1. Bir müddət əvvəl əlindən zədə alan Kamran "18-lik"dən kənarda qalıb.
Qeyd edək ki, "Kayserispor" 69 хalla turnir cədvəlinə başçılıq edir, "Karşıyaka" 42 хalla 10-cu pillədə qərarlaşıb.
Fanat.az