Kamran oynamadı, komandası хal itirdi

Kamran oynamadı, komandası хal itirdi
Türkiyənin PTT 1-ci liqasında XXIX tura yekun vurulub. Fanat.az хəbər verir ki, Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" "Osmanlıspor"un qonağı olub.
Oyun 0:0 hesabı ilə başa çatıb. Kamran matçın iştirakçısı olmayıb. Komandasının "1 nömrə"si hesab olunan qolkiperin adı "18-liy"ə salınmayıb.
Qeyd edək ki, "Kayserispor" 29 turdan sonra 61 хalla turnir cədvəlinə başçılıq edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər