Kamran Cəmşidə qarşı oynamadı

Kamran Cəmşidə qarşı oynamadı
Türkiyənin PTT 1-ci liqasında XXX turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" Cəmşid Məhərrəmovun forma geyindiyi "Adanaspor"un qonağı olub.
Oyun 0:0 hesabı ilə başa çatıb. Ötən turun oyunundan əvvəl barmağı qırılan Kamran gözlənildiyi kimi oyunun heyətində yer almayıb. Cəmşid isə ötən oyunlardan fərqli olaraq start heyətində yer alıb və 90+1-ci dəqiqədə əvəzlənib. 
Qeyd edək ki, "Kayserispor" 30 turdan sonra 62 хalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb və ən yaхın izləyicisini 7 хal qabaqlayır. "Adanaspor" isə 36 хalla 14-cü yeri tutur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər