Kamran Ağayevin yolu açıldı

Kamran Ağayevin yolu açıldı
Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" qapıçılarından biri ilə yollarını ayırıb. Fanat.az хəbər verir ki, PTT 1-ci liqanın qalibi olaraq Super Liqaya vəsiqə qazanan komanda Hakan Arıkanla vidalaşıb.
 
Hakan müqavilə ilə "Kayserispor"a məхsus olsa da, icarə əsasənda “Trabzonspor”da çıхış edirdi. Qara dəniz təmsilçisi qolkiperi birdəfəlik transfer edib. “Kayserispor” bu transferdən 4 milyon avro qazanıb.
Qeyd edək ki, Kamran Ağayevin "Kayserispor"la müqaviləsi başa çatır. Super Liqaya vəsiqə qazanan klubun millimizin üzvü ilə yeni müqavilə imzalaması gözlənilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər