Kamran Ağayevin son durumu açıqlandı

Kamran Ağayevin son durumu açıqlandı

Ötən gün PTT 1-ci liqanın XXIX turu çərçivəsində "Osmanlıspor"un qonağı olan "Kayserispor"un heyətində son dəqiqədə dəyişiklik edildi. Belə ki, oyundan əvvəl isinmə hərəkətləri edərkən zədə alan Kamran Ağayev son anda heyətdən kənarlaşdırıldı.

 

"Kayserispor"un rəsmi "Facebook" səhifəsi millimizin qapıçısının vəziyyətini açıqlayaraq onun sol əlinin 4 və 5-ci barmağından zədələndiyini, son durumu haqda məlumat rentgen müayinəsindən keçdikdən sonra veriləcəyini elan etmişdi.

 

Aut.az-ın əldə etdiyi məlumata görə, artıq Kamranın durumuna aydınlıq gəlib. Məlum olub ki, millimizin qapıçısının bir barmağı qırılıb, biri isə çıхıb. Qolkiperin nə vaхt sağalacağı məlum deyil.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər