Kamran Ağayevin dünən meydana çıxmamasının səbəbi bəlli olub. Fanat.az xəbər verir ki, "Osmanlıspor"la səfərdə qolsuz heç-heçəyə razılaşan "Kayserispor"un heyətində Kamran Ağayev gözə dəyməyib. Millimizin qapıçısının adı start heyətdə yer alsa da, son anda "18-lik"dən çıxarılıb.
"Kayserispor"un rəsmi "Facebook" səhifəsi vasitəsi ilə qapıçımız haqda son durumu rəsmən açıqlanıb: "Oyundan öncə isinmə hərəkətləri zamanı sol əlinin 4 və 5-ci barmağından zədə alan qolkiperin son durumu ciddi deyil. Kamranın son durumu haqda məlumat rentgen müayinəsindən keçdikdən sonra veriləcək".
Fanat.az