Kamran Ağayev: "Afaq xanım xahiş etdi ki..."

Kamran Ağayev: "Afaq xanım xahiş etdi ki..."
Müğənni Afaq Aslanla sevgili olduğu iddia edilən futbolçu Kamran Ağayev da məsələyə münasibət bidlirib. Fanat.az xəbər verir ki, ATVxəbər.az-a açıqlama verən qolkiper müğənni ilə münasibətlərindən danışıb: 
"Tədbirlərin birində Afaq xanımla görüşdük. Afaq xanım xahiş etdi ki, gəl şəkil çəkdirək. Mən də çəkdirdim. Afaqla qiyabi tanışlığımız olub. Bəzi müğənnilərlə tam sıx münasibətimiz var. Dostluq edirik, get-gəlimiz var. Amma Afaq xanımla sadəcə, salam-sağolumuz var. Yazılanları oxuyanda mənə qəribə gəldi. Şişirdici eşq yaşayırıq, belə elə sözlər mənə həm də gülməli gəlir".
 
“Ola bilərmi ki, şəkil mediaya bilərəkdən məhz belə informasiya ilə ötürülüb” sualına futbolçu belə cavab verib: “Elə fikirləşmirəm ki, Afaq xanımın reklama ehtiyacı yoxdur. Tək Afaq xanım deyil küçədə də xahiş edirlər ki, gəl şəkil çəkdirək, mən də çəkdirirəm. Çalışıram ki, xanımların sözünü yerə salmayım”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər