Kamran Ağayev "Adanaspor"a qarşı oynamayacaq

Kamran Ağayev "Adanaspor"a qarşı oynamayacaq
"Biz mövsümə yeganə istəklə - çempion olmaq hədəfi ilə başlamışdıq. Hələ ki, hədəfimizə doğru inamla irəliləyirik. Amma qarşıda daha vacib oyunlar var. Hansı ki, bu görüşlər bizim üçün həlledici olacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Kayserispor"un baş məşqçisi Cüneyt Dumlupınar deyib.
Baş məşqçi bu gün PTT 1-ci liqanın XXX turu çərçivəsində "Adanaspor"a qarşı keçirəcəkləri matçda Kamran Ağayevin oynamayacağını deyib: "Mərt Nobrenin yüngül zədəsi var. Fizioterapist nəzarətində məşq edir. Bu gün olmasa da, "Antalyaspor" matçına qədər hazır olacaq. Ondan başqa Serenonun da zədəsi davam edir. Qarşıdakı iki matçda oynamayacaq. Kamran Ağayevin isə barmağında zədə var. O da böyük ehtimalla oynamayacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər