Kamran Ağayev: 27-dən 27-yə

Kamran Ağayev: 27-dən 27-yə
Kamran Ağayevin quru seriyası qırılıb. Fanat.az xəbər verir ki, milli komandamızın və "Bakı"nın qapıçısını ötən gün "Xəzər Lənkəran"la oyunda Mbilla Etame məyus edib.
Kamranı sonuncu dəfə AZAL-la II tur qarşılaşmasının 2-ci dəqiqəsində Viktor İbekoyi üzmüşdü. Bundan sonra "Rəvan" (5:0), "Simurq" (3:0) və "Neftçi"yə (3:0) qarşı 90 dəqiqə oynayan qolkiper qapısını toxunulmaz saxlamışdı. Ötən gün baş tutan oyunun 27-ci dəqiqəsində isə 7 il formasını geyindiyi "Xəzər Lənkəran"ın yeni transferlərindən olan Etame onun 360 dəqiqəlik seriyasına son qoyub.
Qeyd edək ki, Kamrandan sonra cari mövsümün ən uzun seriyası "Neftçi"nin qapıçısı Saşa Stamenkoviçə məxsusdu. I turun AZAL-la oyununun 58-ci dəqiqəsində Con Olureminin qoluna üzülən serb qolkiper "Rəvan" (2:0), "Simurq" (1:0) və "Xəzər Lənkəran"la (0:0) oyunların hər birində 90 dəqiqə qapısını toxunulmaz saxlasa da, V turun "Bakı" matçının (0:3) 11-ci dəqiqəsində Rauf Əliyev onu məyus edərək, 313 dəqiqəlik seriyasını qırmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər