Kamal 100-ə, Şehiç 50-yə çatdı

Kamal 100-ə, Şehiç 50-yə çatdı

Topaz Premyer Liqasının 34-cü turu 2 qapıçı üçün yubileylə əlamətdar olub. Fanat.az xəbər verir ki, “Qarabağ”ın Bosniya və Herseqovinadan olan qolkiperi İbrahim Şehiç 50-ci çempionat matçını keçirib. 

Ötən mövsüm 22 oyunda 12 top buraxan Şehiç cari çempionatın 28 qarşılaşmasında 23 qola üzülüb. 

Onun AZAL-dan olan həmkarı Kamal Bayramov isə Premyer Liqada 100-cü oyununu keçirib. 151 top buraxan qapıçı bu matçlardan 5-ni (3 qol buraxıb) AZAL-da keçirib.//pfl.az

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər