Kakadan ilginc tələb

Kakadan ilginc tələb
"Milan" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, İtaliya klubunun yay transfer pəncərəsi dövrdündə heyətində qatdığı Kaka zədələnib.
2:2 hesabı ilə başa çatan "Torino" matçının 70-ci dəqiqəsində meydanı tərk edən braziliyalı sol ayağından zədə alıb. Bu səbəbdən o, bir ay yaşıl meydanlardan kənarda qalacaq. Kaka Çempionlar Liqasının "Seltik" və "Ayaks" matçlarında komandaya kömək edə bilməyəcək.
Bu xəbərdən sonra Kaka rəhbərliyə ilginc tələblə müraciət edib. Futbolçu "La Gazzetta dello Sport"a açıqlasında bildirib ki, sağalıb yenidən meydana dönənə qədər maaşının verilməməsini istəyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər