Kadırovu döyüb qabırğasını sındırdılar

Kadırovu döyüb qabırğasını sındırdılar

Çeçenistan prezidenti Ramzan Kadırov boks döyüşü zamanı qabırğasını sındırıb.

Anspress-in məlumatına görə, o, ötən bazar "İnstagram"da yazıb ki, rinqdə rəqibi ona bir neçə yaxşı zərbə endirib və qabırğası iki yerdən sınıb.

R.Kadırov Rusiya mətbuatına deyib ki, prezidentlik vəzifəsindən fasilə götürmür, ancaq “zədə özünü bəzən hiss etdirir”.

Ümumiyyətlə, Çeçenistan lideri idman, xüsusilə döyüş növlərinin həvəskarıdır. O, "İnstagram" səhifəsində özünün atlet imicini formalaşdırıb və tez-tez foto və videolar yerləşdirir. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər