Çingiz Abdullayevə daha bir yüksək vəzifə verildi

Çingiz Abdullayevə daha bir yüksək vəzifə verildi
Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fonduna rəhbərlik Azərbaycana keçdi. "Trend"in məlumatına görə, "Neftçi"nin Müşahidə Şurasının sədri Fondun yeni prezidenti Çingiz Abdullayev olub.
Strukturda rəhbər dəyişikliyi bu gün Fondun Baş Assambleyası və Direktorlar Şurasının 14-cü iclasında baş tutub. Fondun rəhbərliyi rotasiya üzrə Türkiyədən Azərbaycana keçib.
Fond 2009-cu il martın 4-də Buxarestdə Azərbaycan və Rumıniya prezidentləri İlham Əliyev və Trayan Beseskunun təşəbbüsü ilə yaradılmış qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər