"Real"dan "Arsenal"a transfer olan Məsut Özil sevgisi İngiltərədə bitmək bilmir. Fanat.az xəbər verir ki, "topçular"ın azarkeşləri 11nömrəli formanı geyərək bir araya gəlib.
Bu mənzərəni görən İspaniya mətbuatı isə hadisəyə biganə qalmayıb. Belə ki, ispaniya nəşrləri "Məsuta göstərmədiyimiz qayğını ingilislər göstərir" başlıqlı yazılar dərc edib.