I Avropa Oyunlarına nə qədər bilet satılıb? - VİDEO

I Avropa Oyunlarına nə qədər bilet satılıb? - VİDEO
Avropa Oyunlarının başlanmasına qalan son bir həftədə biletlərin satılmasında da canlanma müşahidə olunur. ANS TV-nin məlumatına görə, “Bakı 2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq artıq oyunların biletlərinin böyük hissəsinin satıldığını bildirib. Ən çox maraq isə oyunların açılış mərasiminədir:
“Açılış mərasiminin biletləri demək olar ki, tamamilə satılıb. İdman yarışlarının demək olar ki, hamısına olan biletlərin satışında vəziyyət qənaətbəxşdir. Amma Azərbaycanda daha çox maraq göstərilən idman növləri var ki, boks, taekvando, karate, bədii gimnastika, güləş kimi, bunarın biletlərində satış daha çoxdur. Amma digər idman növləri üzrə yarışların da biletləri satışı pis deyil”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər