Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 2-ci oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Kahramanmaraşspor” klubu da bu gün növbəti matçına çıxacaq.
Azərbaycan millisinin sabiq hücumçusu Fərid Quliyev və Murad Axundzadənin heyətində yer aldığı bu komanda evdə “Ankaraspor”la qarşılaşacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtilə 18:00-da start götürəcək.