Həbs olunan Hacı İbrahim Nehrəmli danışdı

Həbs olunan Hacı İbrahim Nehrəmli danışdı
"Mən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə vermişəm. Lakin hazırda heç bir cinayət işində adım keçmir. Mənə heç bir cinayət işi açılmayıb". Fanat.az xəbər verir ki, bu sözlər APA-ya "Avesta" Konserninin və "Xəzər adaları" futzal klubunun prezidenti Hacı İbrahim Nehrəmli deyib.
O, müəyyən problemlər olduğunu da etiraf edib: "Ölkədən çıxmağıma qadağa qoyulmuşdu. Azərbaycan Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürmüşdüm. Bilirsiniz ki, "Khazar İsland" layihəsini həyata  keçirirəm. Banka ödənişdə gecikmə oldu. Beynəlxalq Banka ödəyəcəyim kreditin vaxtı bu ayın 19-u başa çatır. Başqa kreditlərə görə isə heç bir problem yoxdu".
Hacı İbrahim bildirib ki, onun Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına aparılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Qeydə ki, bir neçə gün əvvəl Hacı İbrahim Nehrəmlinin həbs olunması barədə xəbər yayılmışdı. Futbol üzrə Azərbaycan çempionu "Xəzər adaları"nın sahibi "maliyyə xəyanəti"ndə ittiham olunur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər