Hamilə idmançıdan inanılmaz hərəkətlər - FOTOLAR

Hamilə idmançıdan inanılmaz hərəkətlər - FOTOLAR

İki qızı olan və iki həftə sonra üçüncünü dünyaya gətirməyə çalışan Ellison adlı idmançı görənləri şoka salan fotolarını yayımlayıb. Fanat.az xəbər verir ki, xanım idmançı doğuma iki həftə qalmış idmanla məşğul olub və bu fotoları "Facebook" səhifəsində paylaşıb.

Onun şəkillərinə 16 min nəfər şərh yazıb. Bəziləri Ellisonu tənqid, bəziləri isə təbrik edib. Həkimlər də izləyicilər kimi iki qrupa bölünüb. Bir qrup idmanın ana və uşağı üçün xeyirli olduğunu bildirib. Digər qrup isə bunun zərərli olması qənaətindədi.

Ellison özü isə yazdığı şərhində bu sözləri deyib: "Dəstək verən hər kəsə təşəkkür edirəm. Buna görə mənə nifrət edənlərin olacağını əvvəlcədən bilirdim. Bu mənim həyatımdı, onların əlində deyil".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər