“Hakim 100 faizli penaltimizi vermədi”

“Hakim 100 faizli penaltimizi vermədi”

“Komandanın ciddi eniş yaşadığını deməzdim. Oyun planında hər şey qaydasındadı. Son nöqtəni qoymaqla bağlı müəyyən sıxıntılar var”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov deyib.

Yusifov “Simurq”la oyunda hakimin mərhəməti sayəsində zaqatalalıların yenilgidən qaçdığını dilə gətirib: “AZAL-a yeniləcəyimizi gözləmirdim. Ancaq bu futboldu. Hər dəfə qələbə qazanmaq olmur ki... “Rəvan”la oyunda yorğunluq və süni örtük amili çıxışımıza təsirsiz ötüşmədi. “Simurq”la son turdakı matçı da sintetik qazon üzərində oynadıq. Hücum edən tərəf “Qarabağ” idi. Rəqib inamla müdafiə olundu və nəticədə bərabərlik qeydə alındı. Hakimin 100 fazili penaltini vermədiyini də yaddan çıxarmayaq. Məncə, həmin epizodda referi “Simurq”un qapısına 11 metrlik cərimə zərbəsi versə, haqlı qərar çıxarmış olacaqdı”.

Orta xətt oyunçusu vəziyyətdən çıxacaqlarına inanır: “Əlbəttə, xal itirmək heç kimin xoşuna gəlmir. Ancaq dünyanın sonu deyil. Hələ cəmi 7 tur arxada qalıb. Qarşıdakı oyunlarda sözümüzü deyəcəyimizə inanıram”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər