Georgi Çixradze AZAL-la oyunla (0:5) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un baş məşqçisi bunları deyib:
"Hazırda bizim heç bir iddiamız yoxdu. Odu ki, meydançaya motivasiyasız çıxmışdıq. Çempionatı başa vurmaq üçün oynayırıq. Yəqin ki, son oyunda meydançada indikindən də daha çox gənc oyunçu görəcəksiniz. Çalışırıq ki, heyətdə qalan oyunçulardan maksimum istifadə edək, onlara şans verək".
Fanat.az