Georgi Çixradze "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un baş məşqçisi əks-hücumda qol vurmaq istədiklərini deyib:
"Bizim üçün çətin oyun oldu. Sona doğru gərginlik artdı. Rəqibin hücumda oynayacağını bilirdik. Buna görə də əks-hücumlarda qol vurmaq istəyirdik. Komandam sona qədər mübarizə apardı. Sadəcə qol imkanlarını dəyərləndirə bilmədik".
Fanat.az