Georgi Çixradze "Bakı" ilə oyunla (4:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un baş məşqçisi bunları deyib:
"Cari mövsümdə sonuncu ev oyunumuza çıxdıq. Düşünürəm ki, yaxşı futbol sərgilədik. Amma ümumi vəziyyətə baxanda çox təəssüflənirəm. Biz bu qələbə ilə azarkeşlərimizə təşəkkür etdik. Bu oyuna qədər bir neçə oyunçu düşərgəni tərk etmişdi, oyundan sonra da bir çox oyunçular gedəcək. Yaxşı komandamız vardı".
Fanat.az