Milli komandalar arasında növbəti yoldaşlıq oyunları keçirilib. Fanat.az xəbər verir ki, bu gecə 5 matç baş tutub.
AVRO-2016-nın ev sahibi olduğu üçün seçmə mərhələdən azad olan Fransa Serbiya ilə qarşılaşıb. 13-cü dəqiqədə Paul Poqbanın qoluna sevinən fransızlar hesabı qoruya bilməyib. Belə ki, serblər 86-cı dəqiqədə Aleksandar Kolarovla bərabərliyi təmin edib.
Digər oyunlara gəlincə, Mərakeş Liviyanı 3:0, Burundi Tanzaniyanı 2:0, Kosova Omanı 1:0 hesabı ilə yenib. Paraqvay - BƏƏ oyununda isə hesab açılmayıb.
Yoldaşlıq oyunları
7 sentyabr
Burundi - Tanzaniya 2:0
Qollar: Saidi Ntibazonkiza, 1. Yussuf Ndikumana, 24.
Kosova - Oman 1:0
Qol: İmran Bunyaku, 85-pen.
Paraqvay - BƏƏ 0:0
Serbiya - Fransa 1:1
Qollar: Aleksandar Kolarov, 86 - Paul Poqba, 13.
Mərakeş - Liviya 3:0
Qollar: Yunes Belhanda, 39-pen. Abdulaziz Barrada, 54. Musin İayur, 88.
Fanat.az