"Neftçi"nin futbolçusu Flavinyo zədə səbəbindən Azərbaycan Kubokunun final oyununda iştirak edə bilməyəcək. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasının XXIX turu çərçivəsində səfərdə "Xəzər Lənkəran" klubu ilə keçirilmiş matçda zədələnmiş futbolçu müalicəsini vətənində davam etdirəcək.
Bu gün Braziliyaya yola düşəcək Flavinyo, "Neftçi"nin Avstriya təlim-məşq toplanışında komandanın düşərgəsinə qoşulacaq.
Fanat.az