Premyer Liqada yaranan fasilədə “Xəzər Lənkəran” stadionunun ot örtüyünü yeniləyir. Fanat.az xəbər verir ki, bu məqsədlə də stadion müəyyən müddətə təmirə bağlanıb.
Təmir heç də meydançanın köklü şəkildə yenilənməsi deyil. Başqa sözlə drenaj sisteminin dəyişilməsi, meydançanın torpaq, qum və s. balansının yenidən müəyyənlədirilərək qurulması əsaslı təmir sayıla bilərdisə, hazırda stadionda gedən işlər sadəcə yeni qaydalarla toxum səpilməsi və bitəcək otun da tam ayrı üsullarla becərdilməsi prossesindən ibarətdi.
Hazırda stadionuun meydançasına yeni toxum səpilib və üstü tamamilə ağ örtüklə qapanıb.
12cioyuncu.info