Fəridin yeni çalışdırıcısı müəyyənləşdi

Fəridin yeni çalışdırıcısı müəyyənləşdi

Türkiyənin “Kahramanmaraşspor” klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Fanat.az xəbər verir ki,  uğursuz nəticələrə görə Besim Durmuşla yolları ayıran PTT 1-ci liqa təmsilçisini Yılmaz Özlem çalışdıracaq.

 

Artıq tərəflər arsında rəsmi müqavilə də imzalanıb. Klub prezidenti Ferudun Kolat Besim hocayla böyük uğurlar qazanacaqlarına inandığını dilə gətirib.Yeni baş məşqçi “Kahramanmaraşspor”da işə başlayıb. Bu gün “Orduspor”la qarşılaşacaq Kahramanmaraş təmsilçisi uğursuzluğa son qoymağa, Özləmin debüt matçında müsbət nəticə qazanmağa çalışacaq.

 

Qeyd edək ki, “Kahramanmaraşspor”da azərbaycanlı futbolçu Fərid Quliyev də çıxış edir. “Orduspor”da isə millimizin serb əsilli hücumçusu Branimir Subaşiç top qovur.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər