Türkiyə Futbol Federasiyasının təklifini qəbul edərək milliyə baş məşqçi təyin olunan Fatih Terimin köməkçisi də müəyyənləşib. Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssisə Hamza Hamzaoğlu kömək edəcək.
Bu barədə Terim mətbuata açıqlamasında məlumat verib: “Milli komandada köməkçim “Akhisarspor”un baş məşqçisi Hamza Hamzaoğlu olacaq. Onunla bu barədə birinci mən danışdım. Sonra klub prezidenti ilə görüşdük. O da mənim kimi həm hazırkı komandasını, həm də yığmanı çalışdıracaq”.