Fariz Məmmədov nokautla qalib gəldi

Fariz Məmmədov nokautla qalib gəldi

Bu gün Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov növbəti döyüşünə çıxıb. Fanat.az xəbər verir ki, Ukraynanın Xarkov şəhərində baş tutan döyüşdə boksçumuz Belarus təmsilçisi Aleksandr Abramenko ilə mübarizə aparıb.

WBO versiyasının reytinq xarakterli bu döyüşü əvvəlcədən nəzərdə tutuldugu kimi, altı yox, səkkiz raunddan ibarət olub. Əvvəlcədən yerli vaxtla təxminən saat 22:00-23:00 radələrində (Bakı vaxtı ilə saat 00.00-01.00-da) başlanması nəzərdə tutulan bu qarşılaşman daha erkən vaxta başlayıb. Məmmədovun döyüşü ilə yanaşı, başqa görüşlərdə də keçiriləcəyindən bu döyüş Bakı vaxtı ilə təxminən saat 22.35-də start götürüb.

Döyüşdə boksçumuz inamlı qələbə qazanıb. Döyüş əvvəlcədən Farizin üstünlüyü şəraitində keçib və o, artıq dördüncü raundda rəqibini nokauta salıb.

Qeyd edək ki, yeddi illik fasilədən sonra 2012-ci ildə yenidən peşəkar rinqə qayıdan Məmmədov son bir il yarımda keçiridiyi üç döyüşün hamısını qələbə ilə başa vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər