Fariz Məmmədov Abramenkonu belə "döydü" - VİDEO

Fariz Məmmədov Abramenkonu belə "döydü" - VİDEO

Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov növbəti döyüşünü keçirib. Fanat.az xəbər verir ki, təcrübəli boksçu WBO versiyasının reytinq xarakterli döyüşündə belaruslu Andrea Abramenko ilə qarşılaşıb.

Fariz Məmmədov 10 raundluq döyüşün üçüncü raundunda artıq rəqibini nokuata salıb. Bundan sonra isə o, ağrılar içinə rinqdə çökən rəqibinə yaxınlaşaraq onu qucaqlayıb və qalxmasına kömək edib.

Xatırladaq ki, F.Məmmədov 2013-cü ildə Andrea Abramenkonun böyük qardaşı Aleksandr Abramenkoya da qalib gəlib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər