"Barselona"dan ayrılıb "Monako"ya keçən Erik Abidal maraqlı açıqlama verib. Fanat.az xəbər verir ki, fransız futbolçu İspaniya klubundakı komanda yoldaşı Dani Alveşin ona qaraçiyərini təklif etdiyini bildirib.
Abidal qaraciyər xərçəngindən əziyyət çəkirdi. Bu səbəbdən ona qaraciyər köçürülmüşdü. Məhz həmin vaxt Alveş yaxın dostuna daxili orqanını təklif edib: "Əməliyyat zamanı mənə qaraciyərini təklif etdi. Təbii ki, bunu qəbul etməzdim. Çünki o, peşəkar futbolçudu".
Qeyd edək ki, Abidal "Barselona"dan ayrıldıqdan sonra Alveş onun 22 nömrəli formasını geyinməyə başlayıb. Fransız futbolçu bundan sonra ispan həmkarı ilə münasibətlərinin daha da yaxşılaşdığını bildirib.
Abidal Pep Qvardiolanın onu "Bavariya"ya aparmaq istədiyini etiraf edib: "Belə bir şey var idi. Amma mənim səhhətimə görə alınmadı. "Bavariya" rəhbərliyi və tibbi heyət risk etmək istəmədi. Onları başa düşürəm".
Fanat.az