Ən yaxşı 10 məşqçi - SİYAHI

Ən yaxşı 10 məşqçi - SİYAHI

"Coachworldranking" saytı dünyanın ən yaxşı məşqçilərinin yeni siyahısını təqdim edib. Fanat.az xəbər verir ki, ilk sırada "Barselona"nın baş məşqçisi Luis Enrike qərarlaşıb. 

Kataloniya klubu onun rəhbərliyi altında artıq İspaniya çempionu olub, həmçinin Çempionlar Liqasının və İspaniya Kubokunun finalına yüksəlib.

İkinci yerdə Madrid "Real"ını çalışdıran Karlo Ançelottidir. İlk üçlüyü "Sevilya"nın baş məşqçisi Unai Emeri tamamlayır.

İlk onluq belədi:

1. Luis Enrike ("Barselona") – 16 754 xal

2. Karlo Ançelotti ("Real") – 15 894

3. Unai Emeri ("Sevilya") – 13 023

4. Xosep Qvardiola ("Bavariya") – 12 579

5. Dieqo Simeone ("Atletiko") – 11 132

6. Diter Hekinq ("Volfsburq") – 10 595

7. Massimiliano Alleqri ("Yuventus") – 10 211

8. Arsen Venger ("Arsenal") – 9798

9. Xulen Lopetegi ("Portu") – 9730

10. Joze Mourinyo ("Çelsi") – 9621

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər