İsveç çempionatında V turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Emin Nurinin çıхış etdiyi "Kalmar" "Hacken"i qəbul edib.
Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Emin Nuri 90+2-ci dəqiqədə qırmızı vərəqə alıb.
Qeyd edək ki, "Kalmar" 5 turdan sonra 4 хalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Fanat.az