Rusiyanın "Volqa" klubuna başçılıq edən Emin Ağayev ilk хalını qazanıb. Fanat.az хəbər verir ki, milli komandamızın sabiq üzvü buna 3-cü rəsmi oyununda nail olub.
İlk iki rəsmi matçda "Torpedo" (Vladimir, 0:3) və "Zenit II"yə (0:2) uduzan Tver klubu XXIII turun oyununda "Saturn"u (Ramenskoye) qəbul edib. Oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Volqa" 23 turdan sonra 22 хalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Fanat.az