Əfran İsmayılov: 644 gün sonra 4-cü dubl

Əfran İsmayılov: 644 gün sonra 4-cü dubl
Əfran İsmayılov "İnter"lə oyunda dubl edib. "Bakı"nın formasını geyən milli üzvü 7-ci dəqiqədə penaltidən hesabı açdığı qarşılaşmanın 45+1-ci dəqiqəsində ikinci dəfə fərqlənərək komandasını hesabda önə keçirib.
Fanat.az xəbər verir ki, İsmayılov "Bakı"nın heyətində ilk dəfə bir oyunda 2 qola imza atıb. O, sonuncu dəfə 2011/12 mövsümündə dubl etmişdi. Həmin vaxt "Qarabağ"ın formasını geyən vinger 2011-ci ilin 16 dekabrında "Rəvan"la baş tutan qarşılaşmada biri penaltidən olmaqla, iki qol vurmuşdu. Həmin vaxtdan Əfran növbəti dublunu 644 gün gözləyib.
İsmayılov bu gün karyerasının 4-cü dublunu edib. "İnter"dən əvvəl "Rəvan"la oyunda iki qol vurmuş futbolçu 2010-cu ilin 15 iyulunda "Portudaun"u (Şimali İrlandiya), 2011-in 25 oktyabrında isə "Neftçi"ni iki qolla üzmüşdü.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər