Ötən gün "Qalatasaray"ın məşqində dava düşüb. Fanat.az xəbər verir ki, Fatih Terimsiz ilk məşqdə Uesli Sneyderlə Emmanuel Ebue dava edib.
Türkiyə mətbuatı artıq davanın səbəbini də ayndınlaşdırıb. Məlumata görə, Sneyderin bir müddət əvvəl Terimdən Ünal aysala şikayət etməsi afrikalı futbolçunu özündən çıxarıb. Mətbuat iddia edir ki, Ebue məşqdə hollandiyalı həmkarına "İndi xoşbəxtsən?" deyib və "İmperator"un qovulmasının günahkarı kimi onu təqdim edib. Bundan sonra futbolçular bir-birinin üzərinə yeriyib. Onları araya girən Didye Droqba sakitləşdirib.