Ebru Polat: "Özillə ona görə yatmadım ki..."

Ebru Polat: "Özillə ona görə yatmadım ki..."

Türkiyəli müğənni Ebru Polat İngiltərənin "Sun" nəşrinə maraqlı açıqlama verib. Fanat.az xəbər verir ki, 31 yaşlı müğənni illər öncə Məsut Özillə öpüşməmə səbəbini bildirib:

"Özillə 2008-ci ildə qardaşı Mutlunun toyunda tanış oldum. Mən onun ən çox sevdiyi "Səni aldatdım" mahnısını oxuyurdum. Mahnı bitdikdən sonra yanıma gəldi və məni rəqsə dəvət etdi. Çox yaraşıqlıydı, bir yerdə rəqs etdik. Ancaq mən ona çox yorğun olduğumu və yatmağa gedəcəyimi bildirdim. Otağıma gedib gecə paltarını geyindim və qapının döyüldüyünü gördüm. Gələn Məsut idi, o çox xoşbəxtdiydi. Məni gecə klubuna dəvət etdi, getmək istəmirdim, amma razı saldı. Bütün gecəni bir yerdə rəqs etdik. Otelə döndükdən sonra ehtiraslı şəkildə öpüşürdük. Ancaq onunla yatmaq istəmədim. Burnu axırdı və tez-tez burnunu çəkirdi. Heç də cəlbedici görüntü deyildi. Mən də xəstələnmək istəmədim, çünki səsimi qorumalıyam. 4 ay məni əldə etmək üçün çalışdı, ancaq sonunda razı olmayacağımı görüb əl çəkdi. 2011-ci ildə İstanbula gələndə gecə klubunda onunla görüşməyim üçün mənə dayanmadan mesaj yazırdı, amma mən rədd etdim. Arxamca düşməsi xoşuma gəlirdi, lakin ona aşiq deyiləm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər