Ebru Polat: "Özillə bir yataqda yatdıq" - FOTOLAR

Ebru Polat: "Özillə bir yataqda yatdıq" - FOTOLAR
İngiltərənin "Sun" qəzetinə maraqlı açıqlamalar verən Mesut Özilin keçmiş sevgilisi Ebru Polat ulduz futbolçu ilə bağlı növbəti dəfə danışıb. Fanat.az xəbər verir ki, türk müğənni keçmiş sevgilisi ilə uzun müddət birlikdə olmadıqlarını bildirib.
Polat Özillə bir "yastığa baş qoyduqlarını" da etiraf edib: "Münasibətlərimiz ilk mərhələdə idi. Buna sevgi demək olmaz. Çox uzun müddət görüşmədik. Bir dəfə İbiza adasına tətilə getdik. Təxminən 3 ay telefonla danışdıq. İnsan olaraq onu çox sevdim, amma sevgili olaraq xüsusi bir duyğu hiss etmədim. İbiza tətilində eyni otaqda, hətta eyni yataqda yatdıq. Mənə heç də "pis niyyətlə" yaxınlaşmadı. Toxunmadı belə. Onun qadınlara qarşı zəif olduğunu düşünmürəm. Gənc və məşhurdu, gecə həyatını sevməsi də təbiidi"
Polat "Sun"dakı açıqlamalarına görə Mesutdan üzr istəyib: "Onunla zaman-zaman danışırıq. Ən son bayramda danışmışdıq. İndi bəlkə də məndən inciyib. Amma mənim söyləmək istədiklərim bu deyildi. Əgər yanlış anladısa, üzr istəyirəm".
Xatırladaq ki, Ebru Polat "Sun"a açıqlamasında Mesutun burnunun axdığını demişdi: "Özil ən çox sevdiyi mahnı olan "Seni Aldattım"ı söylədikdən sonra yanıma gəldi və məni rəqsə dəvət etdi. Səmimi şəkildə rəqs etdik. Yorğun olduğumu və yatmağa gedəcəyimi dedim. Otağıma gedib paltarımı dəyişdikdən sonra qapı döyüldü. Gələn Mesut idi. Əlində qırmızı bir gül var idi. Məni onunla birlikdə bir gecə klubuna getməyə razı saldı. Bütün gecə rəqs etdikdən sonra birlikdə otelə döndük. Atəşli bir şəkildə öpüşdük. Amma onunla yatmaq istəmədim. Burnu axırdı və tez-tez burnunu çəkirdi. Heç də çəkici bir görüntü deyildi. Qripə yoluxmaq istəmədim. Səsimi düşünmək məcburiyyətində idim. 2011-ci ildə məni görmək üçün İstanbula gəldi və bir gecə klubunda görüşmək üçün mesaj göndərdi. Amma mən onu rədd etdim. Arxamca qaçması xoşuma gəlirdi, ancaq ona aşiq deyildim."
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər